...

Azərbaycanda dələduzluqda ittiham olunan "GEN" MMC tikinti şirkətinin əməkdaşları 87 il müddətinə azadlıqdan məhrum ediliblər

Cəmiyyət Materials 13 May 2010 13:00 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev 12, Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 8 və Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin hər birinin əmlakının müsadirəsi ilə bağlı məhkəmə qərar verib.
Azərbaycanda dələduzluqda ittiham olunan "GEN" MMC tikinti şirkətinin əməkdaşları 87 il müddətinə azadlıqdan məhrum ediliblər

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin əməkdaşlarına hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev 12, Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 8 və Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin hər birinin əmlakının müsadirəsi ilə bağlı məhkəmə qərar verib.

Zamində olan Ramin Əliyev, Kamran Məmmədov, İlkin Səfərov və Mehparə Cəfərzadə məhkəmə zalında həbs olunublar.

"GEN" MMC-nin rəhbəri Əliyev və digər 8 nəfər Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə ittiham olunurlar.

Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehparə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Xəbər lenti

Xəbər lenti