...

"İrəli" İctimai Birliyi "Media Akademiya" layihəsini davam etdirir

Cəmiyyət Materials 6 İyul 2010 13:44 (UTC +04:00)
"İrəli" İctimai Birliyi " Media Akademiya" layihəsini gerçəkləşdirməyi davam etdirir.
"İrəli" İctimai Birliyi "Media Akademiya" layihəsini davam etdirir

Аzərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Т.Hacıyev/

"İrəli" İctimai Birliyi " Media Akademiya" layihəsini gerçəkləşdirməyi davam etdirir.

"Media Akademiya" alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən radioda - "İrəli Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər, - birlikdən verilən məlumatda deyilir.

Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, peşəkar gənc jurnalistlər yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır. Hazırda layihənin 35 iştirakçısı var.

Dərs qrafikinə uyğun olaraq, akademiyanın iştirakçıları "Xəbərlər" mövzusunda birinci imtahanlarını veriblər. Mövcud fənn üzrə kursu İstanbul Universitetinin jurnalistika fakültəsinin doktorantura məzunu, fəlsəfə elmləri namizədi Vəfalı Ensarov aparıb.

İştirkaçılar, həmçinin, "Əkinçi" media-qrupunun rəhbəri Şakir Eminbəylinin apardığı             "Ekstremal jurnalistika" mövzusunda mühazirələri dinləyiblər.

Xəbər lenti

Xəbər lenti