...

AMEA elmi institutlardan doktoranturaya qəbul üzrə təkliflər gözləyir - vitse-prezident

Cəmiyyət Materials 13 İyul 2010 14:26 (UTC +04:00)
Azərbaycanda sentyabrın sonu, oktyabrın əvvəllərində doktoranturaya qəbul elan olunacaq və ilin sonuna qədər bu təhsil pilləsinə qəbul prosesi başa çatacaq, - bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov deyib.
AMEA elmi institutlardan doktoranturaya qəbul üzrə təkliflər gözləyir - vitse-prezident

Аzərbaycan, Bakı, 13 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycanda sentyabrın sonu, oktyabrın əvvəllərində doktoranturaya qəbul elan olunacaq və ilin sonuna qədər bu təhsil pilləsinə qəbul prosesi başa çatacaq, - bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov deyib.

"Azərbaycan Nazirlər Kabinetinin təsdiq etidiyi doktoranturaya qəbul üzrə yeni qaydalara əsasən, qəbul imtahanlarına tələblər elmi rəhbərlərin seçilməsində, həmçinin, doktoranturaya qəbul keçirəcək institutlar qarşısında tələblər artırılıb", - Həşimov deyib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda "Təhsil haqqında" yeni qanunun qəbul edilməsindən sonra, bu təhsil pilləsinə qəbul aparılmamışdı və buna görə də cari ildə doktoranturaya qəbul olunmaq istəyənlərin sayının artması gözlənilir.

"Yeni qəbul qaydaları elmi təşkilatları olan bütün nazirliklərə göndərilib. Bundan başqa, AMEA bütün institutlara qəbul planı üzrə təkliflər hazırlamaq üçün sərəncam göndərib. Yaxın müddətdə bu təkliflərə baxılması nəzərdə tutulub", - AMEA-nın vitse-prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti