...

Azərbaycanda baş verən yeraltı təkanların Yaponiyadakı zəlzələ ilə bağlılığına aydınlıq gətirilib

Cəmiyyət Materials 14 Mart 2011 16:19 (UTC +04:00)
Azərbaycanda baş verən yeraltı təkanlar Yaponiyada baş verən zəlzələ və Yerin xəyali oxunun dəyişməsi ilə əlaqədar deyil.
Azərbaycanda baş verən yeraltı təkanların Yaponiyadakı zəlzələ ilə bağlılığına aydınlıq gətirilib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda baş verən yeraltı təkanlar Yaponiyada baş verən zəlzələ və Yerin xəyali oxunun dəyişməsi ilə əlaqədar deyil. Bunu Trend-ə bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bildirib.

Dünya ölkələrinin seysmoloqları Yaponiyada baş verən zəlzələ ilə əlaqədar Yerin xəyali oxunun 15 sm-dək dəyişdiyini bildiriblər.

Onun sözlərinə görə, Azərbaycan və Yaponiya fərqli tektonik zonada yerləşdiyindən, uzaq şərq ölkəsində baş verən zəlzələlərlə Azərbaycandakı yeraltı təkanların bir-birinə bağlılığı yoxdur.

"Azərbaycan ərazisində ildə bu kimi 800-900 hiss olunmayan yeraltı təkanlar qeydə alınır", - Məmmədli qeyd edib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bazar ertəsi Şirvan şəhərindən şimal-şərqdə və şimalda 12 ballıq cədvəl üzrə 3,5 bal gücündə bir neçə zəlzələ qeydə alınıb.

Təbiət hadisəsi Şirvan və Hacıqabulda 3, Sabirabadda isə 2 bala qədər hiss edilib.

Həmçinin, martın 13-də səhər saatlarında Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında yeraltı təkanlar səbəbindən Şıxzəyirli palçıq vulkanının püskürməsi qeydə alınıb. Təbiət hadisəsi zamanı külli miqdarda palçıq lavası ətraf ərazilərə axıb və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatlar əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti