...

Azərbaycan Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Ermitajı saziş imzalayıblar

Cəmiyyət Materials 9 Aprel 2011 15:44 (UTC +04:00)
Şənbə günü Bakıda Azərbaycan Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Ermitajı arasında saziş imzalanıb.
Azərbaycan Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Ermitajı saziş imzalayıblar

Azərbaycan, Bakı, 9 aprel/ Trend, müxbir A.Tağıyeva/

Şənbə günü Bakıda Azərbaycan Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Ermitajı arasında "İslam dünyası incəsənəti: Şərq və Qərb" sərgisinin keçirilməsinə dair saziş imzalanıb. Sərgi Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunacaq.

Sənəd aprelin 7-dən Azərbaycan paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində imzalanıb.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti