...

Azərbaycanda oğurluq, quldurluq və soyğunçuluq cinayətləri üzrə məhkəmə təcrübəsi ümumiləşdirilir

Cəmiyyət Materials 19 Aprel 2011 12:21 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsi oğurluq, quldurluq və soyğunçuluq cinayətləri üzrə məhkəmə təcrübəsini ümumiləşdirir.
Azərbaycanda oğurluq, quldurluq və soyğunçuluq cinayətləri üzrə məhkəmə təcrübəsi ümumiləşdirilir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsi oğurluq, quldurluq və soyğunçuluq cinayətləri üzrə məhkəmə təcrübəsini ümumiləşdirir.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, ümumiləşdirmə zamanı respublika məhkəmələri tərəfindən ötən il ərzində bu cinayətlər üzrə baxılan işlər və qəbul edilən məhkəmə hökmləri öyrəniləcək.

Ümumiləşdirmə zamanı oğurluq, quldurluq və soyğunçuluq cinayətləri üzrə hökmlər qəbul edilərkən yol verilən nöqsanlar, pozuntular, bu sahədəki problemlər öyrəniləcək.

Ümumiləşdirmənin mayın sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Ümumiləşdirmənin nəticələrinin Ali Məhkəmənin Plenumunun iyun ayında keçiriləcək iclasında müzakirəsi gözlənilir.

Ali Məhkəmə boşanmalar zamanı valideynlərin uşaqlarla ünsiyyəti və uşaq tələbi ilə bağlı məhkəmə təcrübəsinin də ümumiləşdirilməsini aparır.

Ümumiləşdirmə zamanı valideynləri ayrı yaşayan uşaqların valideynləri ilə ünsiyyəti və uşaqların hansı valideynlə yaşaması ilə bağlı məsələlərin məhkəmələr tərəfindən necə həll olunması öyrəniləcək.

Ümumiləşdirmə bütün respublika məhkəmələrinin ötən il ərzində bu məsələlərlə bağlı baxdığı işləri əhatə edəcək.

Hər iki ümumiləşdirmənin nəticələri və müzakirələr əsasında müvafiq qərarlar qəbul ediləcək və Ali Məhkəmə aşağı instansiya məhkəmələrinə müvafiq tövsiyələr verəcək.

Xəbər lenti

Xəbər lenti