...

Azərbaycanın gənc gimnastları üç turnirdə qalib və mükafatçı olublar

Cəmiyyət Materials 29 İyun 2011 15:30 (UTC +04:00)
Yayın ilk ayının bir sıra son turnirlərində Azərbaycanın gənc gimnastları müxtəlif əyarlı medallar qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycanın gənc gimnastları üç turnirdə qalib və mükafatçı olublar

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycanın gənc gimnastları üç turnirin qalibləri və mükafatçıları olublar.

Yayın ilk ayının bir sıra son turnirlərində Azərbaycanın gənc gimnastları müxtəlif əyarlı medallar qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Bolqarıstanda keçirilən beynəlxalq yarışda 13 yaşlı Gülsüm Şəfizadə öz çıxışları ilə böyük nailiyyət qazanıb. Bu yaxınlarda baş tutan Azərbaycan çempionatının bürünc mükafatçısı həm beynəlxalq turnirin mütləq qalibi, həm də bütün ayrı-ayrı növlər üzrə ən yaxşı idmançı olub.

İkinci yeri 12 yaşlı Ləman Hacızadə tutub. Ölkə çempionatının gümüş medalçısı finalda predmetsiz və topla hərəkətlərdə əminliklə qızıl, gürzlərlə və çöxnövçülükdə gümüş, eləcə də həlqə ilə hərəkətlərdə bürünc medal qazanıb.

"Məni Ləmanın yaşıdı Nərminə Hüseynovanın yığmanın üzvü kimi beynəlxalq arenada ilk dəfə uğurla çıxış etməsi çox sevindirir. O da gürzlərlə hərəkətlərdə ikinci, topla və predmetsiz hərəkətlər üzrə üçüncü olub", - milli komandanın baş məşqçisi Marina Vasilyeva deyib.

Ölkə çempionatının yekunları üzrə "birnömrə" olan 15 yaşlı Lalə Yusifovaya gəldikdə, o, İtaliyada ənənəvi turnirdə çıxış edərək xalça sahibindən sonra çoxnövçülükdə ikinci yeri tutub. Baş məşqçinin sözlərinə görə, böyüklər arasında çıxış edən Zeynəb Cavadlı altıncı olub.

Nəhayət Bolqarıstanla qonşu olan Türkiyədə keçirilən üçüncü yarışda gənc gimnastlar rəqiblərinə heç bir şans verməyiblər. Belə ki, Ləman Dadaşlı (1998-ci il təvəllüdlü) iplə hərəkətlərin yerinə yetirilməsi üzrə birinci, topla hərəkətlərdə ikinci olub. 11 yaşlı Ruqiyyə Səttarova iplə hərəktlərdə qalib olub, topla çıxışda isə ikinci yeri tutub. Topla hərəkətlərdə və çoxnövçülükdə Leyli İbrahimova (2001-ci il təvəllüdlü) ikinci olub. Onun yaşıdı Nurlana Bağırova iplə hərəkətlərə görə ikinci nəticəni göstərib.

Doqquz yaşlı Ləman Hacıyeva iplə və predmetsiz hərəkətlərə görə birinci, Məlahət Abdullayeva isə iplə hərəkətlərin yerinə yetirilməsinə görə ikinci olub.

Ən kiçik zəriflər kateqoriyasında Nigar Əli (2003-cü il təvəllüdlü) və yeddi yaşlı Lala Kramarenko üçüncü yeri tutublar.

Xəbər lenti

Xəbər lenti