...

Son 20 il ərzində Azərbaycanın orta məktəblərində təxminən 400 min şagird yeri yaradılıb

Cəmiyyət Materials 30 İyun 2011 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İ.İsabalayeva/

Son 20 il ərzində Azərbaycanın orta məktəblərində təxminən 400 min şagird yeri yaradılıb. Buna yeni orta məktəb binalarının tikilməsi və mövcud məktəblərdə əlavə şagird yerlərinin yaradılması hesabına nail olunub. Trend-in məlumatına görə, bunu "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda keçirilən elmi simpoziumda Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib.

Onun sözlərinə görə, bu müddətdə 17,6 min yerlik məktəbəqədər təhsil müəssisəsi tikilərək istifadəyə verilib. Bu işlərin görülməsində YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub.

Vəliyev deyib ki, 2011-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 145 elmi təşkilat və müəssisədə 18 minə yaxın mütəxəssis çalışıb. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var.

2011-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 57 akademiki və 109 müxbir üzvü olub.

Xəbər lenti

Xəbər lenti