...

Azərbaycanda ən təhlükəli problem əhalinin 25 faizində bədən çəkisinin normadan çox olmasıdır - ÜST

Cəmiyyət Materials 12 Sentyabr 2011 14:35 (UTC +04:00)
Azərbaycanda ən təhlükəli problem əhalinin 25 faizində bədən çəkisinin normadan çox olmasıdır.
Azərbaycanda ən təhlükəli problem əhalinin 25 faizində bədən çəkisinin normadan çox olmasıdır - ÜST

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ən təhlükəli problem əhalinin 25 faizində bədən çəkisinin normadan çox olmasıdır. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçisi Sevil Əsədova bu gün Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası ilə əlaqədar keçirilən brifinqdə deyib.

Əhalinin bədən çəkisinin artıq olmasını qida ilə əlaqələndirən ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı bu problemi aradan qaldırmaq üçün böyük işlər aparılmasının vacibliyini qeyd edib.

Hazırda araşdırmaların davam etdiyini deyən Əsədova əlavə edib ki, Avropada olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər arasında ürək-damar xəstəliklərindən ölüm halları daha çox yer tutur.

Əsədovanın sözlərinə görə, apardıqları araşdırma zamanı məlum olub ki, Azərbaycanda kişilər arasında tütün çəkmə halı daha yüksəkdir. Qadınlar arasında isə bu göstərici 1 faizdən çox deyil. Ona görə də tütün çəkmə ilə bağlı qadınlar arasındakı vəzityyəti problemli saymaq olmaz.

Araşdırma zamanı 2006-ci ildən sonra Azərbaycanda insanların alkoqollu içkilərdən istifadə hallarının bir qədər azaldığı məlum olub.

Əsədova bildirib ki, Azərbaycan meyvə-tərəvəzi bol olan ölkə olsa da, insanlar ətə, kərə yağına daha çox üstünlük verirlər. Meyvə-tərəvəzdən, hətta süddən az istifadə edirlər.

Bütün bunlar isə insanların sağlamlığına öz təsirini göstərir.

Xəbər lenti

Xəbər lenti