...

Orta məktəblərdə 9 ballıq qiymətləndirmə sisteminin yenidən tətbiq edilməməsinin səbəbi açıqlanıb

Cəmiyyət Materials 13 Sentyabr 2011 16:51 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsi üçün yenidən 9 ballıq şkaladan istifadə etmək nəzərdə tutulmayıb.
Orta məktəblərdə 9 ballıq qiymətləndirmə sisteminin yenidən tətbiq edilməməsinin səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsi üçün yenidən 9 ballıq şkaladan istifadə etmək nəzərdə tutulmayıb. Bunu Trend-ə Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib.

Onun sözlərinə görə, bir necə il bundan əvvəl şagirdlərin biliyinin qiymətləndirilməsi üçün 9 ballıq sistemdən istifadə edilsə də, bu, özünü doğrultmadı.

"Buna görə də nazirlik 9 ballıq qiymətləndirmə şkalasından imtina edib. Hələ ki, 9 ballıq qiymətləndirmə şkalasının tətbiqi nəzərdə tutulmayıb. Amma gələcəkdə bununla bağlı hansı qərarın veriləcəyini indidən deyə bilmərəm", - şöbə müdiri deyib.

SSRİ-nin süqutundan sonra Azərbaycanda orta məktəblərdə 9 bal sistemi ilə qiymətləndirmə aparılıb. Bu şkala üzrə 1 və 2 mənfi, digər bütün ballar isə müsbət qiymət hesab olunub.

Xəbər lenti

Xəbər lenti