...

Sabah Azərbaycanda hava yağmursuz olacaq

Cəmiyyət Materials 22 Sentyabr 2011 12:14 (UTC +04:00)
Sabah Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Azərbaycanda hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Sabah Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, sentyabr ayının 25-də atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti