...

SAM təmsilçisi türk dövlətlərinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək

Cəmiyyət Materials 4 Oktyabr 2011 11:00 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təmsilçisi türk dövlətlərinin müstəqilliklərinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
SAM təmsilçisi türk dövlətlərinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təmsilçisi türk dövlətlərinin müstəqilliklərinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, SAM-ın direktor müavini Gülşən Paşayeva Ankarada Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin təşkil etdiyi "Türk dövlətləri müstəqilliklərinin 20-ci ildönümü: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan" mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılacaq.

SAM-ın direktor müavini tədbirdə "Türk dövlətləri arasında siyasi münasibətlər: Qiymətləndirmə, problemlər və təkliflər" panelində əsas məruzəçi qismində çıxış edəcək.

Tədbirin keçirilməsində məqsəd keçmiş dövrün əsas problemlərinin elmi təhlilinin aparılması və bu mövzuda həyata keçirilmiş layihələrin nəticələri ilə tanışlıqdır.

Xəbər lenti

Xəbər lenti