...

Suraxanı rayonundakı orta məktəblərdə reydlər keçirilib

Cəmiyyət Materials 28 Oktyabr 2011 14:58 (UTC +04:00)
Oktyabrın 28-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və KİV nümayəndələrinin iştirakı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində növbəti monitorinq keçirilib.
Suraxanı rayonundakı orta məktəblərdə reydlər keçirilib

Azərbaycan, Bakı, 28 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Oktyabrın 28-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və KİV nümayəndələrinin iştirakı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində növbəti monitorinq keçirilib.

Trend-in məlumatına görə, monitorinqin əsas məqsədi şagirdlərin dərsə davamiyyətini müəyyənləşdirmək olub.

Media nümayəndələrinin seçimi əsasında monitorinq Bakının Suraxanı rayonunun 278 və 285 nömrəli orta məktəblərində aparılıb. Monitorinq zamanı adıçəkilən təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinin yüksək olduğu məlum olub.

Bundan əvvəlki reyd Nərimanov rayonu ərazisində aparılıb.

Reyd hər həftə Bakının bir rayonundakı orta məktəblərdə aparılacaq.

Xəbər lenti

Xəbər lenti