...

Bakıdakı peşə liseyində KNAUF Resurs Mərkəzi açılıb

Cəmiyyət Materials 5 Dekabr 2011 14:55 (UTC +04:00)
Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkətlər qrupu arasındakı əməkdaşlıq nəticəsində 4 saylı Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzi açılıb.
Bakıdakı peşə liseyində KNAUF Resurs Mərkəzi açılıb

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkətlər qrupu arasındakı əməkdaşlıq nəticəsində 4 saylı Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzi açılıb.

Trend-in məlumatına görə, bununla bağlı bazar ertəsi keçirilən tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, Resurs Mərkəzi Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkətlər qrupu arasında 2010-cu ilin dekabrın 8-də imzalanmış niyyət protokolu əsasında yaradılıb. Mərkəzin yaradılmasının əsas məqsədi inşaat sahəsi üzrə ölkəmizin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, dünyanın qabaqcıl peşə hazırlığı təcrübəsindən geniş istifadə edilməsi, məzunların daxili və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması, ölkəmizin tikinti sektorunun ixtisaslı kadrlarla təmin olunmasıdır.

Mərdanov deyib ki, artıq peşə liseyində KNAUF texnologiyaları üzrə kadrların hazırlanmasına başlanılıb.

Nazirin sözlərinə görə, gələcəkdə Bakı və respublikanın digər rayon və şəhərlərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində də belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti