...

Təhsil naziri "Eurovison"la əlaqədar dərslərin keçirilmə tarixlərinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 19 Mart 2012 13:05 (UTC +04:00)
"Eurovison" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Bakıdakı orta məktəblərdə dərslərin keçirilmə tarixləri dəyişdirilməyəcək.
Təhsil naziri "Eurovison"la əlaqədar dərslərin  keçirilmə tarixlərinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir M.Əliyev/

"Eurovison" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Bakıdakı orta məktəblərdə dərslərin keçirilmə tarixləri dəyişdirilməyəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, orta məktəblərdə dərslər proqram üzrə keçiriləcək. Dərslər əvvəlcədən planlaşdırılmış vaxtda başa çatacaq.

Nazir bu məsələ ilə bağlı hələ heç bir qərarın qəbul olunmadığını da qeyd edib.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti