...

Metropolitendən istifadə qaydalarını pozanlar cəzalandırılacaqlar

Cəmiyyət Materials 29 İyun 2012 14:14 (UTC +04:00)
Metropolitendən istifadə qaydalarını pozanlar cəzalandırılacaqlar.
Metropolitendən istifadə qaydalarını pozanlar cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Metropolitendən istifadə qaydalarını pozanlar cəzalandırılacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının sonuncu növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib. Müzakirəyə çıxarılan dəyişikliklərdə metropolitendən istifadə qaydalarını pozanların inzibati qaydada cəzalandırılması öz əksini tapıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə qoşulanlar üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat cərimə tətbiq olunacaq. Eskalatorda sürahinin üzərinə əşya qoyanlar, sürahini çıxaranlar, zərurət olmadan "stop" açarından istifadə edənlər 15 manat, dəmir yoluna hər hansı əşya atanlar 30 manat, vaqonlarda siqaret çəkənlər, qapının açıb-bağlanmasına mane olanlar, özbaşına dəmir yoluna düşənlər, pirotexniki qurğulardan istifadə edənlər isə 50 manat cərimələnəcəklər.

Xəbər lenti

Xəbər lenti