...

Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün yenilik

Cəmiyyət Materials 31 Avqust 2012 11:08 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşlar dövlət qulluğuna qəbulla əlaqədar keçirilən müsabiqələrdə iştirak edə biləcəklər.
Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün yenilik

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşlar dövlət qulluğuna qəbulla əlaqədar keçirilən müsabiqələrdə iştirak edə biləcəklər.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Trend-ə verilən məlumata görə, dövlət qulluğuna qəbulla əlaqədar bu il 7, 14 və 17 avqust tarixlərində elan edilmiş müsabiqələrlə bağlı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həmin məsələ ilə əlaqədar Komissiya müvafiq qərar qəbul edib.

Belə ki, Komissiyanın internet saytının "onlayn müraciət forması" bölməsindən istifadə edilərək elektron müraciət forması doldurularkən "ali təhsil" bölməsinin "2012-ci ilin məzunuyam" hissəsi aktiv edilməlidir.

Kağız daşıyıcılar vasitəsilə müraciət edən vətəndaşlar isə müraciət formasının ali təhsillə bağlı diplom məlumatlarına aid olan bölməsini boş saxlamalıdırlar.

2012-ci ildə ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşların müraciətləri Komissiyanın sorğusu əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yoxlanılacaq. Yoxlama nəticəsində 2012-ci ildə ali təhsil müəssisələrini bitirdikləri təsdiq olunan vətəndaşların namizədlikləri qeydə alınacaq və bu barədə həmin şəxslərin qeydə alınmış elektron poçt ünvanlarına bildirişlər göndəriləcək.

Xəbər lenti

Xəbər lenti