...

Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2012 11:14 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov oktyabrın 11-də İsmayıllı rayonuna növbəti səfərini edib.
Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov oktyabrın 11-də İsmayıllı rayonuna növbəti səfərini edib. İsmayıllı şəhərində yerləşən ofisində seçicilərini qəbul edən deputat onların problemləri ilə maraqlanıb. Əsasən sosial yönümlü məsələlər barədə millət vəkilinə müraciətlər olub. Hər bir müraciəti diqqətlə dinləyən millət vəkili onlara köməkliyin göstərilməsi üçün müvafiq addımların atılacağını bildirib.

Günün ikinci yarısı deputat İvanovka kəndində keçirilən Məhsul bayramına qatılıb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və yerli qurumların rəhbərləri də iştirak edib. Qeyd edək ki, İvanovka kəndində məhsul yığımından sonra hər il belə bayram keçirilir.

Məlumat üçün bildirək ki, Novruz Aslanov bu il ərzində İvanovka kəndinə 6 dəfə səfər edib, seçiciləri ilə görüşüb. Belə görüşlər digər kəndlərdə də təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti