...

Sanatoriya-kurort müəssisələrinin sanitar-gigiyenik tələbləri müəyyənləşib

Cəmiyyət Materials 19 Oktyabr 2012 14:55 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik tələblərə dair qaydalar"ı təsdiqləyib.
Sanatoriya-kurort müəssisələrinin sanitar-gigiyenik tələbləri müəyyənləşib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik tələblərə dair qaydalar"ı təsdiqləyib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, tibbi heyətin nəzarəti altında həyata keçirilən, müalicə-profilaktik prosedurlar üçün yararlı olan təbii və ya süni su hövzəsinin (dəniz, göl, su anbarı, çay) sahil suları ilə birgə təşkil olunmuş, sahil ərazisi kimi qəbul edilmiş çimərliklərin təsərrüfat-içməli su təchizatı mənbələrinin birinci sanitariya-mühafizə zonasının sərhədlərində yerləşdirilməsinə yol verilmir. Müəssisələrin ərazisində səs-küy, vibrasiya, elektromaqnit şüalanması və digər zərərli fiziki amillərin səviyyəsi müəyyən olunmuş hədlərdən yüksək olmamalıdır. Müəssisələrin müxtəlif zərərli tullantılarla çirklənmiş ərazilərdə yerləşdirilməsinə yol verilmir. Su, kanalizasiya, neft, qaz, istilik təchizatı, yüksəkgərginlikli elektrik xətləri və s. müəssisələrin ərazisindən keçməməlidir.

Müəssisələrdə tibb məntəqələrinin və müalicə-profilaktika müəssisələrinin strukturu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Sanitariya-mühafizə zonaların hüdudları daxilində fəaliyyəti zamanı insanların təbii üsulla müalicəsinə və əhalinin istirahətinə mənfi təsir göstərən müəssisələrin istifadəsinə və icarəsinə torpaq sahələrinin ayrılmasına icazə verilmir.

Müalicəvi çimərliklərin ərazisində hər 75 nəfərə 1 ədəd hesabı ilə ictimai ayaqyolular nəzərdə tutulur. Sahildən ayaqyoluna qədər məsafə 50 m-dən az, 100 m-dən çox olmamalıdır. Əmələ gələn tullantıların (maye və bərk fraksiyalı) dənizə (çaya, gölə) axıdılmasına yol verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti