...

Urmiya gölünün suyu 20 sm artıb

Cəmiyyət Materials 4 Dekabr 2012 12:57 (UTC +04:00)
Son yağıntılarla əlaqədar Urmiya gölündə suyun səviyyəsi təxminən 20 sm artıb. Bunu Urmiya gölü Milli Parkının rəhbəri Ümid Yusifi deyib.
Urmiya gölünün suyu 20 sm artıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir T.Cəfərov/

Son yağıntılarla əlaqədar Urmiya gölündə suyun səviyyəsi təxminən 20 sm artıb. Bunu Urmiya gölü Milli Parkının rəhbəri Ümid Yusifi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Yusifi əlavə edib ki, Urmiya gölünün adalarında aparılmış müşahidələr göstərir ki, buradakı canlıların vəziyyəti normaldır, hələlik heç bir ölüm halları və xəstəliklərə rast gəlinməyib.

Onun sözlərinə görə, Urmiya gölü Milli Parkında idarəetmə böhran vəziyyətində həyata keçirilir.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

İran Urmiya gölündəki böhran vəziyyəti aradan qaldırmaq məqsədi ilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində işləyir. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti