...

İspaniya "PPRD East" proqramının iştirakçıları ilə mülki müdafiə təcrübəsini bölüşüb (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2012 19:59 (UTC +04:00)
Şərq Tərəfdaşlığı ölkələrində antropogen və təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və reaksiya verilməsi üzrə proqramın (PPRD East) iştirakçı ölkələrinin nümayəndələri Madriddə təlim səfərində olublar.
İspaniya "PPRD East" proqramının iştirakçıları ilə mülki müdafiə təcrübəsini bölüşüb (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

Şərq Tərəfdaşlığı ölkələrində antropogen və təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və reaksiya verilməsi üzrə proqramın (PPRD East) iştirakçı ölkələrinin nümayəndələri Madriddə təlim səfərində olublar.

Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldovanın müvafiq qurumları, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri dekabrın 10-14-də İspaniyanın fövqəladə halların xəbərdar edilməsi təcrübəsi ilə tanış olublar.

Nümayəndə heyətləri, xüsusilə İspaniya Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar Baş İdarəsinin fəaliyyəti ilə tanış olublar.

Bundan sonra iştirakçılar Madridin "Real" futbol komandasının "Santyaqo Bernabeu" stadionuna baş çəkərək stadionun təhlükəsizlik sistemi barədə məlumatlandırılıblar.

Təlim çərçivəsində iştirakçılar Madridin 112 Mərkəzində olublar. Mərkəz fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün zəruri xidmətləri özündə birləşdirir.

Nümayəndə heyətləri, bundan başqa, mülki müdafiə və fövqəladə halların bələdiyyə sistemi, fövqəladə hallar zamanı təcili tibbi yardım xidməti (SAMUR), Madrid metrosunun təhlükəsizlik sisteminin işi ilə tanış olublar.

Mülki müdafiə və fövqəladə hallar milli məktəbi iştirakçıların daha çox marağına səbəb olub. Nümayəndə heyəti burada məktəbin işi barədə məlumat əldə edib.

Qeyd edək ki, PPRD proqramı təbii və antropogen xarakterli fövqəladə halların xəbərdar edilməsi və qarşısının alınmasına istiqamətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti