...

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Cəmiyyət Materials 8 Fevral 2013 16:24 (UTC +04:00)
Mərkəzi Bank makroiqtisadi sabitliyə yönəlmiş pul siyasətini davam etdirir. 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli azalaraq 1,1% təşkil edib, manatın məzənnəsi sabit qalıb.
Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank makroiqtisadi sabitliyə yönəlmiş pul siyasətini davam etdirir. 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli azalaraq 1,1% təşkil edib, manatın məzənnəsi sabit qalıb.

Mərkəzi Bankdan Trend-ə daxil olan məlumata görə, sabit məzənnə və inflyasiyanın xarici ticarətdə tərəfdaş ölkələrdəki inflyasiyadan aşağı olması manatın real effektiv məzənnəsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsirini təmin edib.

İnflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 11 fevral 2013-cü il tarixindən etibarən uçot dərəcəsinin 5%-dən 4,75%-ə endirilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti