...

Eldar İbrahimov yenidən Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri seçilib

Cəmiyyət Materials 9 Fevral 2013 00:13 (UTC +04:00)
Bakıda Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin 10 illik yubiley konfransı keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, bütün fəaliyyət göstərdiyi dövrdə Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq əlaqələrinin inkişaf etdirilməsini qarşısına məqsəd qoyub.
Eldar İbrahimov yenidən Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri seçilib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin 10 illik yubiley konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, bütün fəaliyyət göstərdiyi dövrdə Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq əlaqələrinin inkişaf etdirilməsini qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, cəmiyyət azərbaycanlı və özbək elm işçiləri, deputatlar və digər ziyalılardan ibarətdir.

Azərbaycanda 400-ə qədər özbəkistanlının yaşadığını qeyd edən Eldar İbrahimov bildirib ki, iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da sıxlaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan dostluq cəmiyyəti yalnız mədəni tədbirlər keçirməklə kifayətlənməyərək, ölkələrin ictimai-siyasi həyatında baş verən hadisələrə də öz münasibətini bildirib.

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib ki, Azərbaycan-Özbəkistan dostluq cəmiyyəti ötən 10 il ərzində nüfuzlu ictimai təşkilata çevrilərək iki ölkə arasındakı münasibətlərə öz töhfəsini verib.

Səfir vurğulayıb ki, Özbəkistan Azərbaycanla əlaqələrə xüsusi önəm verir və özünün Cənubi Qafqazda ən etibarlı tərəfdaşı hesab edir. Fayziyev qeyd edib ki, Özbəkistan və Azərbaycanın dinamik inkişafı ikitərəfli əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün zəmin yaradır.

Tədbirdə Milli Məclisin deputatı Eldar İbrahimov növbəti dəfə Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti