...

Azərbaycanda yeni bələdiyyə yaradıldı

Cəmiyyət Materials 5 Mart 2013 17:04 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında "Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Azərbaycanda yeni bələdiyyə yaradıldı

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni bələdiyyə yaradıldı.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında "Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, layihədə qeyd olunub ki, Pirallahı rayonunun Pirallahı qəsəbəsi Gürgən-Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılıb.

Rəhimzadə Pirallahı rayonunun yaradılması ilə bağlı təsdiq olunan sənədləri xatırladaraq bildirib ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi yeni yaradılan rayonun həyatında mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti