...

Erməni tələbələr tətilə başlayırlar

Cəmiyyət Materials 4 Aprel 2013 16:08 (UTC +04:00)
Ümumerməni Gənclər Hərəkatının nümayəndələri 9 aprel tarixində "Saxtalaşdırılan seçkilərin nəticələrinə görə "qələbə qazanan" namizəd prezident elan oluna bilməz" şüarı ilə tələbə tətili keçirmək niyyətindədir.
Erməni tələbələr tətilə başlayırlar

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Ümumerməni Gənclər Hərəkatının nümayəndələri 9 aprel tarixində "Saxtalaşdırılan seçkilərin nəticələrinə görə "qələbə qazanan" namizəd prezident elan oluna bilməz" şüarı ilə tələbə tətili keçirmək niyyətindədir. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Tələbələr aprel ayının 9-da, saat 09:00-da Yerevan Dövlət Universitetinin əsas binasının qarşısında yığışaraq, yürüşü "Azadlıq" meydanında yekunlaşdırmaq niyyətindədirlər.

"Xatırladaq ki, tələbə aksiyası - hər bir tələbənin haqqıdır və qanunla qadağan olunmur. Əgər tələbələrə hər hansı təzyiq, xəbərdarlıq və təhdidlər edilirsə, xahiş edirik, bizə müraciət edəsiniz. Bizim hüquqşünaslar sizin hüquqlarınızı qoruyacaq", - hərəkatın bəyanatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti