...

Azərbaycan dilinin təmizlyinin qorunması üçün “Qaynar xətt” yaradılacaq

Cəmiyyət Materials 10 Aprel 2013 10:10 (UTC +04:00)
Azərbaycanın dövlət dilinin təmizlyinin qorunması üçün “Qaynar xətt” yaradılacaq.
Azərbaycan dilinin təmizlyinin qorunması üçün “Qaynar xətt” yaradılacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın dövlət dilinin təmizlyinin qorunması üçün "Qaynar xətt" yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub.

"Qaynar xətt"in yaradılmasında məqsəd Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakını təmin etmək və operativ tədbirlər görməkdir. "Qaynar xətt"in yaradılması 2013-2014-cü illərdə həyata keçirilməlidir.

Proqrama əsasən, 2013-2015-ci illərdə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartları hazırlanacaq.

Bu il ərzində qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA-nın Dilçilik İnstitutunun strukturu təkmilləşdiriləcək.

Azərbaycan dilinin tədrisinin genişləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə "Nitq mədəniyyəti" fənninin tədrisi təmin ediləcək.

Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində mütəmadi olaraq, Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirləri və treninqlər təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti