...

Ucqar tariximiz - Xınalıq (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2013 10:41 (UTC +04:00)
Azərbaycanın bir çox yerləri özündə qədim tarix və mədəniyyəti əks etdirdiyi kimi Quba rayonun ucqar kəndlərindən biri olan Xınalıq kəndinin də özünəməxsus mədəniyyəti və tarixi var.
Ucqar tariximiz - Xınalıq (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Azərbaycanın bir çox yerləri özündə qədim tarix və mədəniyyəti əks etdirdiyi kimi Quba rayonun ucqar kəndlərindən biri olan Xınalıq kəndinin də özünəməxsus mədəniyyəti və tarixi var. Xınalıqda yaşayan yerli əhali öz dilinə məxsus olmaqla yanaşı, öz adət-ənənələrinə də malikdir. Bu gün də Xınalıq kəndinə dünyanın bir çox yerindən turistlərin gəldiyini müşahidə etmək olar.

Kənd ərazisində 8 qədim qəbiristanlıq var. Bunların bəzisi müsəlman qəbiristanlığı olmaqla yanaşı, alban qəbiristanlığı da bu günə qədər qorunub saxlanılmışdır. Bu qəbiristanlığın özünəməxsusluğu ondan ibarətdir ki, burada olan qəbir daşları olduqca hündürdür və bəzilərinin isə uzunluğu iki metrə yaxındır.

Xınalıqlılar islam dinindən əvvəl atəşpərəst olublar. Kənddən 5 km qərbdə bu gün də təbii qazın çıxdığı yer var ki, bura Atəşgah adlanır.

Kənddə bir çox tarixi abidələrlə yanaşı vəhşi təbiət də qorunub saxlanılmaqdadır.


Foto: Rufiz Hafizoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti