...

İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı ilə təkliflər səsləndirilib

Cəmiyyət Materials 29 Aprel 2013 18:46 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın icra müddətinin cari ildə başa çatması ilə əlaqədar indiyədək həmin istiqamətdə görülmüş işlərin ümumiləşdirilməsi, müzakirəsi, eləcə də növbəti dövr üçün yeni Milli Fəaliyyət Planının qəbuluna hazırlıq üzrə təkliflərin təqdim edilməsi məqsədilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvlərinin və digər QHT-lərin iştirakı ilə görüş keçirilib.
İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı ilə təkliflər səsləndirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın icra müddətinin cari ildə başa çatması ilə əlaqədar indiyədək həmin istiqamətdə görülmüş işlərin ümumiləşdirilməsi, müzakirəsi, eləcə də növbəti dövr üçün yeni Milli Fəaliyyət Planının qəbuluna hazırlıq üzrə təkliflərin təqdim edilməsi məqsədilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvlərinin və digər QHT-lərin iştirakı ilə görüş keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri İdarənin rəisi, polis polkovniki Cavad Şıxəliyev açaraq görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edib. Daha sonra bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək növbəti dövr üçün qəbul olunacaq yeni Milli Fəaliyyət Planı üzrə təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı yekun nəticələr müəyyənləşdirilib, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla görüşlərin, səmərəli əməkdaşlığın davamlı olacağı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti