...

Yenilənmiş Peugeot 308 zövqlü insanların seçimidir (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2013 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Peugeot 308-in Frankfurt şousunda təqdimatına səylə hazırlaşırkən, yeni avtomobilin detallarını da tam açıqlamağa tələsmir. Zarafat deyil, tam yeni Volkswagen Golf, Ford Focus, Toyota Corolla və Mazda 3 ilə tam gücü ilə rəqib çıxan avtomobilin sürprizini şirkət qaçırmaq istəmir.

Yeni Peugeot 308-in öz sələfindən azacıq uzun olan Golf-la eyni uzunluqda - 4,25 metr olduğu bildirilir. Hündürlüyü isə 1,46 metri aşmır. Avtomobilin çəkisi 140 kq yüngülləşdirilib, baqaj yeri genişləndirilib... Yeniliklər barədə deyilənlər hələlik bunlardır.

Bir də o məlumdur ki, modelin müxtəlif modifikasiyalarında "sinəsində" 1.6 l-lik Peugeot-BMW işbirliyinin nəticəsi olan "ürək" - mühərrik mütləq çalışacaq.

Hazırda bizim bazarda təqdim olunan Peugeot 308 bu mühərriklə 120 at gücü nümayiş etdirir. Qeyd etmək yerinə düşər ki, 1.6 litrlik Peugeot mühərriki bu həcmdə mühərriklər arasında ən güclü olmaqla yanaşı, həm də ən qənaətcilidir.

Ümumiyyətlə, Peugeot 308 brendin uğurlu modellərindən sayılır. Hazırkı Peugeot 308 yüksək təhlükəsizliyinə (EuroNCAP-a görə 5 ulduz), genişliyinə və dil ilə təsvirə gəlməyən fransız stilinə görə xüsusilə zövqlü insanların seçiminə çevrilib. Avtomobilin zahiri yığcamlığı və şıq dizaynı onu əsl şəhər avtomobili kimi sevdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti