...

ARDNŞ ixtisaslaşmış fəhlə kadrların hazırlanmasına başlayır

Cəmiyyət Materials 1 Oktyabr 2013 19:47 (UTC +04:00)
Trend-in məlumatına görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil naziri Mikayıl Abdullayev, BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə rəhbəri Qordon Birrell, digər xairici neft şirkətləri və Dövlət Neft Şirkətinin nümayəndələri iştirak ediblər.
ARDNŞ ixtisaslaşmış fəhlə kadrların hazırlanmasına başlayır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ oktyabrın 1-də Qobustan Regional Təlim Mərkəzini istismara verib.

Trend-in məlumatına görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil naziri Mikayıl Abdullayev, BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə rəhbəri Qordon Birrell, digər xairici neft şirkətləri və Dövlət Neft Şirkətinin nümayəndələri iştirak ediblər.

ARDNŞ prezidenti qeyd edib ki, belə ixtisaslaşmış təhsil müəssisələrinin açılması Şirkət və ölkənin neft-qaz sektorunun ixtisaslaşmış fəhlə kadrlara tələbatını ödəməyə imkan verəcək.

Onun sözlərinə görə, hazırda Bakının Qaradağ rayonunda iri sənaye müəssisəsi yaradılır, xüsusilə, bu yaxınlarda Gəmiqayırma Zavodu istismara verilib: "Zavoda bu mərkəzdə hazırlıq keçmiş mütəxəssislər cəlb ediləcək".

R.Abdullayev bildirib ki, ixtisaslaşmış işçilər Azərbaycanda iri neft-qaz layihələrində, o cümlədən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin həyata keçirilməsi prosesində görüləcək işlərə cəlb olunacaqlar.

Təhsil naziri M.Cabbarov qeyd edib ki, Azərbaycanın neft-qaz sektoru uzunmüddətli ənənələrə əsaslanır və xüsusi peşəkar təhsilin inkişafı, daha doğrusu, yeni təhsil mərkəzi və müəssisələrinin açılması ölkə iqtisadiyyatının bu vacib sektorunun gələcək inkişafına töhfə verəcək.

Qobustan Regional Təlim Mərkəzində 12 ixtisas üzrə ilkin mərhələdə 370 nəfər təhsil ala biləcək. Mərkəzdə şagirdlər üçün 1 illik təhsil müddəti ərzində 10 ay nəzəri biliklərin tədris edilməsi və 2 aylıq təcrübə kurslarının təşkili nəzərdə tutulub. Mərkəz Qaradağ və ətraf rayonlarda məskunlaşmış gənclər arasında işsizlik problemini həll etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti