...

Monakoda keçiriləcək beynəlxalq forumda Bakı 2015 Avropa Oyunlarından bəhs olunacaq

Cəmiyyət Materials 6 Noyabr 2013 12:52 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-dan etibarən Monako Knyazlığında öz işinə başlayan 7-ci "Sülh və idman" Beynəlxalq Forumunda iştirak etmək üçün bu ölkəyə rəsmi səfərə yola düşüb.
Monakoda keçiriləcək beynəlxalq forumda Bakı 2015 Avropa Oyunlarından bəhs olunacaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Mehdiyev/

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-dan etibarən Monako Knyazlığında öz işinə başlayan 7-ci "Sülh və idman" Beynəlxalq Forumunda iştirak etmək üçün bu ölkəyə rəsmi səfərə yola düşüb.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman liderləri, beynəlxalq təşkilatların rəhbərləri və elm sahəsinin nümayəndələri bir araya gələrək beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar.

Noyabrın 8-də işini yekunlaşdıracaq tədbirdə, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları haqqında da iştirakçılara məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti