...

Şaxtalı hava şəraiti ilə bağlı Azərbaycanın bəzi məktəblərində şagirdlərin dərsə davamiyyəti azalıb

Cəmiyyət Materials 12 Dekabr 2013 16:58 (UTC +04:00)
Azərbaycanda bu gün müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, yalnız Quba və Astara rayonlarının bəzi dağlıq kəndlərindəki məktəblərdə şagirdlərin dərsə davamiyyətinin azalması barədə Təhsil Nazirliyinə məlumat daxil olub.
Şaxtalı hava şəraiti ilə bağlı Azərbaycanın bəzi məktəblərində şagirdlərin dərsə davamiyyəti azalıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu gün müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, yalnız Quba və Astara rayonlarının bəzi dağlıq kəndlərindəki məktəblərdə şagirdlərin dərsə davamiyyətinin azalması barədə Təhsil Nazirliyinə məlumat daxil olub. Bunu Trend-ə nazirliyin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bugünkü hava şəraiti ölkənin digər ərazilərindəki məktəblərdə şagirdlərin dərsə davamiyyəti ilə bağlı elə də ciddi problem yaratmayıb. Hava şəraiti ilə əlaqədar məktəblərdə tədrisin təşkili ilə bağlı hər hansı problemin yaranması barədə nazirliyə müraciət daxil olmayıb. Buna görə də məktəblərdə tədrisin dayandırılması məsələsi gündəmdə deyil.

Qeyd edək ki, sabah Azərbaycan ərazisində yağıntılı, şaxtalı hava şəraiti davam edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Xatırladaq ki, Azərbaycanda orta məktəblərin 1656-sı istilik sistemi ilə təmin olunub. Məktəblərin 310-u elektrik sobalarından, 469-u mavi yanacaqdan, 386-sı duru yanacaqdan, 1680-i isə odundan istifadə edərək qızdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti