Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edən sürücülərə müraciət edib.
Trend-in mərkəzin saytına istinadən verdiyi məlumata görə, müraciətdə Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq, səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq martın 20-dən 27-dək qeyri-iş günləridir.