...

Həftənin ilk günü Azərbaycanda hava yağmursuz olacaq

Cəmiyyət Materials 6 Aprel 2014 14:34 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək.
Həftənin ilk günü Azərbaycanda hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 12-14 dərəcə olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında aprelin 7-də havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti