...

Azərbaycanda KİV-lər arasında keçiriləcək atıcılıq turnirində yarışacaq komandaların qrupları bəlli olub

Cəmiyyət Materials 1 May 2014 14:42 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atıcılıq turnirində KİV komandalarının mübarizə aparacaqları qruplar bəlli olub.
Azərbaycanda KİV-lər arasında keçiriləcək atıcılıq turnirində yarışacaq komandaların qrupları bəlli olub

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atıcılıq turnirində KİV komandalarının mübarizə aparacaqları qruplar bəlli olub.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin keçirdiyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turniri may ayının 3-də saat 10:00-da "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında start götürəcək.

Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə biləcəklər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri SHXÇDX-nin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Artıq yarışa qoşulan KİV komandaları arasında püşkatma da keçirilib. Püşkatmanın nəticələrinə görə, turnirdə iştirak edən komandalar aşağıdakı qruplarda yarışacaqlar:

I qrup

Trend BİA

Müstəqil İA

QHT xəbər

II qrup

Lider TV

"Palitra" qəzeti

"Reytinq" qəzeti

III qrup

Publika.az

"Olimpə doğru" jurnalı

"Kaspi" qəzeti

IV qrup

"Olaylar" qəzeti

"Xalq Cəbhəsi" qəzeti

AzərTAc

V qrup

Oxu.az

Axar.az

"Olimpiya dünyası" qəzeti

"Mövqe" qəzeti

VI qrup

Vision TV

APA

İnterpress.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti