...

IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması barədə müzakirələr aparılıb (FOTO)

Cəmiyyət Materials 7 May 2014 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya Marton-Lefevre ilə görüşüb.

Trend xəbər verir ki, qonağı salamlayan Leyla Əliyeva bu Sammitin ətraf mühit və vəhşi təbiətin qorunması istiqamətində Azərbaycanda görülən işlərdən biri olduğunu vurğulayıb.

Leyla Əliyeva Heydər Əliyev Fondu və IDEA-nın bu istiqamətdə həyata keçirdiyi mühüm layihələr barədə məlumat verib.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Juliya Marton-Lefevre tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, bildirib ki, Sammit ətraf mühitin qorunması istiqamətində ciddi müzakirələrin aparılması baxımından səmərəli platformadır.

Qonaq Bakıda həyata keçirilən böyük layihələrdən məmnunluğunu ifadə edib.

Görüşdə, həmçinin IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti