...

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili" hesabatında öncül sıralardadır

Cəmiyyət Materials 22 İyul 2014 16:29 (UTC +04:00)
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən "2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili" adlı hesabat (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilib.
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili" hesabatında öncül sıralardadır

Azərbaycan, Bakı, 22 iyul / Trend, müxbir Səbinə Əhmədova/

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən "2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili" adlı hesabat (http://www.wipo.int/export/sites/www/freepublications/en/economics/gii/gii_2014.pdf) nəşr edilib.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sözügedən hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılıb. Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlar; insan kapitalı və tədqiqat; infrastruktur; bazarın mükəmməlliyi; biznesin mükəmməlliyi; bilik və texnologiya səmərəliliyi; yaradıcı səmərəlilik.

Ölkəmiz biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer alıb.

Adıçəkilən hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti