Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/
Paytaxtın daha üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, bu gün saat 22:00-dan etibarən yolda üfüqi nişanlama (xətləmə) işlərinin aparılması ilə əlaqədar Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində nəqliyyatın hərəkəti tam, Puşkin küçəsində isə qismən məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.