...

Türkdilli dövlətlərin ortaq telekanalının test yayımına başlanacaq

Cəmiyyət Materials 9 Oktyabr 2014 15:00 (UTC +04:00)
Türkdilli dövlətlərin ortaq telekanalı "Eurasia Life" noyabrın 15-dən test yayımına başlayacaq.
Türkdilli dövlətlərin ortaq telekanalının test yayımına başlanacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkdilli dövlətlərin ortaq telekanalı "Eurasia Life" noyabrın 15-dən test yayımına başlayacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumata əsasən, telekanal türk, ingilis və rus dillərində yayımlanacaq.

Məlumatda o da qeyd olunur ki, mərkəzi ofisi Türkiyədə yerləşəcək telekanal başda Azərbaycan olmaqla, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Avropa ölkələrinin media qurumları ilə birgə təkmilləşdirmə proqramları təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti