...

Müsəlmanlar Moskvada mobil məscid yaratmaq üçün vəsait toplayırlar

Cəmiyyət Materials 10 Fevral 2015 13:19 (UTC +04:00)
Müsəlmanların təşəbbüs qrupu vəsaitləri yığmağa başlayıb. Layihənin reallaşdırılması üçün 1 milyon rubldan çox məbləğ lazımdır.
Müsəlmanlar Moskvada mobil məscid yaratmaq üçün vəsait toplayırlar

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Müsəlmanlar Moskvada mobil məscid yaratmaq üçün vəsait toplayırlar.

Müsəlmanların təşəbbüs qrupu vəsaitləri yığmağa başlayıb. Layihənin reallaşdırılması üçün 1 milyon rubldan çox məbləğ lazımdır.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, məscid qoşqudan ibarət olacaq, içərisində dəstəmaz üçün ayrıca yer və namaz qılmaq üçün kiçik zal yaradılacaq.

Qoşquda qida məhsullarının satışı üçün avtomatlaşdırılmış aparat yerləşdiriləcək, bu da layihəyə xərclənən məbləğin və əlavə gəlirin əldə olunmasına imkan yaradacaq.

Layihə uğurlu olarsa inkişaf etdiriləcək.

Layihənin təşkilatçıları ümid edirlər ki, Moskvada 2 belə məscid və daha 6 altı stasionar məscid fəaliyyət göstərəcək. Məscidlərin səhərlər iri biznes-mərkəzlərə gələrək axşama kimi orada qalmaları planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti