...

Gəncədə ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2015 15:38 (UTC +04:00)
Gəncədə şəhərində ağacəkmə aksiyası keçirilib.
Gəncədə ağacəkmə aksiyası keçirilib (FOTO)

Gəncədə şəhərində ağacəkmə aksiyası keçirilib.

"IDEA" İctimai Birliyi tərəfindən həyata keçirilən I "Ümumrespublika Yaşıllaşdırma" marafonuna Gəncə şəhərinin idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhər ictimaiyyəti fəal qoşulublar. Heydər Əliyev Park-Kompleksində 10 mindən çox Eldar şamı, 5 min qızılgül kolu və dekorativ ağaclar əkilib. Parkda əkilən ağacları suvarmaq üçün 27-dən çox artezian quyusu var və burada yaşıllığı qorumaq üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, şəhərin təmiz saxlanması, gül-çiçəklərin, ağacların əkilməsi və qorunması, onlara aqrotexniki qaydada qulluq edilməsi üçün iməciliklərin keçirilməsi ənənəvi xarakter daşıyır. Gəncəlilər şəhərin gözəlliyini, yaşıl libasını artırmaq üçün əllərindən gələni əsirgəmir, keçirilən aksiyalarda yüksək mütəşəkillik göstərirlər. Ekologiyanın qorunmasına töhfə verilməsi məqsədilə həyata keçirilən ağacəkmə aksiyası may ayının sonuna kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti