...

Xalq müdrikliyinin timsalı – Molla Nəsrəddin

Cəmiyyət Materials 8 May 2015 10:59 (UTC +04:00)
Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Türkiyənin Yunis Əmrə İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ortaq xalq dəyərləri – Molla Nəsrəddin və Nəsrəddin Hoca” mövzusunda konfrans keçirilib.
Xalq müdrikliyinin timsalı – Molla Nəsrəddin

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Türkiyənin Yunis Əmrə İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə ortaq xalq dəyərləri - Molla Nəsrəddin və Nəsrəddin Hoca" mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, Yunis Əmrə İnstitutunun Bakı Kültür Mərkəzinin direktoru Ali Cura təmsil etdiyi İnstitutun Türkiyənin tarixini, mədəniyyətini dünyaya tanıdan bir qurum olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında ortaq dəyərlərin çox olduğunu deyən Ali Cura birgə çalışmaqla bu dəyərləri bütün dünyada təbliğ etməyin vacibliyindən danışıb.

Bilik Fondunun aparıcı məsləhətçisi Rauf Həsənov xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin qədimliyindən, türk dünyasının ortaq mədəni dəyərlərindən bəhs edib və bu dəyərlərin qorunub saxlanaraq dünya ictimaiyyətinə çatdırılmasında Yunis Əmrə İnstitutu ilə Bilik Fondunun birgə fəaliyyətindən söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərasim Folkloru şöbəsinin müdiri, professor Ağaverdi Xəlilov Molla Nəsrəddinlə bağlı Azərbaycan folklorşünaslığında bir çox araşdırmaların aparıldığını, müxtəlif monoqrafiyaların yazıldığını qeyd edib.

Hacettepe Universitetinin professorları Özkul Çobanoğlu və Mətin Özarslan, AMEA-nın Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy ortaq dəyərlərin insanları bir-birinə bağladığını, Molla Nəsrəddin kimi obrazların ictimaiyyətin şüur və psixologiyasının əsasını təşkil etdiyini bildiriblər, belə obrazları qorumağın, gələcək nəsillərə öyrətməyin vacib olduğunu vurğulayıblar.

ADU-nun Azərbaycan dili və Ədəbiyyatı kafedrasının professoru Adil Babayev Molla Nəsrəddinin bütün türk xalqlarının ortaq qəhrəmanı olduğunu deyib. Molla Nəsrəddinçiliyin çox qədim tarixi olduğunu xatırladan A.Babayev bu yaxınlarda "Molla Nəsrəddin" jurnalının çapdan çıxmasının 109-cu ilinin tamam olduğunu da diqqətə çatdırıb.

Konfransda Bilik Fondunun ADU üzrə nümayəndəsi Pərvin Babayeva, ADU-nun Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Türkiyənin Yunis Əmrə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti