Müəllimlər üçün nəzərdə tutulan testlər bir vəsaitdə cəmləndi

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda müəllimlər üçün "Həmkara dəstək" adlı yeni metodiki vəsait hazırlanıb.
Azərbaycan Respublikası Təhsil Şurasının elmi-metodiki qərarı ilə çap edilən vəsaitin müəllifləri Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru Elşən Qafarov və tədris üzrə direktor müavini Ləman Babayevadır.
E.Qafarov Trend-ə bildirib ki, bu vəsaitə müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıqla bağlı 750 test daxil edilib. Vəsaitdə kurrikulum nəzəriyyəsi də sadə formada izah edilib.
Kitabda müəllimlərə metodiki baxımdan çətin hesab edilən məsələlərə aydınlıq gətirilib.
Hazırda "Həmkara dəstək" adlı ikinci vəsaitin hazırlanması üçün işlər aparılır.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq