...

AMEA-nın kitabxanası oxucuların istifadəsinə verildi (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2015 16:31 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib.
AMEA-nın kitabxanası oxucuların istifadəsinə verildi (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib.

Kitabxanadan Trend-ə verilən məlumata görə, müasir avadanlıqlarla tam təchiz olunmuş oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər. İstifadəçilərin elmi məqalələr üzrə BİOONE, EBSCO PREMİER, İOPSCİENCE, EDWARD ELGAR, ROYAL SOCİETY JOURNALS COLLECTİON və digər məlumat bazalarına dair sorğularını kitabxananın xidmət personalı operativ cavablandırıb.

Oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, müxtəlif texniki xidmətlər (surətçıxarma, skanlama və s.) də göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti