Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan nümayəndə heyətinin gələn il iştirak edəcəyi beynəlxalq turizm sərgilərinin siyahısını açıqlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin gələn il iştirak edəcəyi ilk sərgi "New York Times Travel Show" sərgisi (ABŞ, Nyu-York, 8-10 yanvar) olacaq. Növbəti sərgilər isə "EMITT East Mediterranean Tourism and Travel Exhibition" (Türkiyə, İstanbul, 28-31 yanvar), "HT&T Iran Hotel", "Travel & Tourism International Exhibition" (İran, Tehran, fevral), BIT (İtaliya, Milan, 11-13 fevral), ITB (Berlin, Almaniya, 9-13 mart), MİTT (Rusiya, Moskva, 23-26 mart), "COTTM - China Outbound Travel and Tourism Market" (Çin, Pekin, 12-14 aprel), "KITF - Kazakhstan International Tourism & Travel Fair" (Qazaxıstan, Almatı, 20-22 aprel), ATM (BƏƏ, Dubay, 25-28 aprel), KOTFA (Koreya, Seul, 9-12 iyun), JATA (Yaponiya, Tokio, 22-25 sentyabr), "Top Resa" (Fransa, Paris, sentyabr), "TT Warsaw International Travel Show" (Polşa, Varşava, noyabr) və WTM (Böyük Britaniya, London, noyabr) olacaq.
Gələn il nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin iştirakı nəzərdə tutulan sərgilər IMEX (Almaniya, Frankfurt, 19-21 aprel), KIHE (Qazaxıstan, Almatı, may), IMTEC (BƏƏ, Dubay, oktyabr) və "Travel Turkey" (Türkiyə, İzmir, dekabr) olacaq.