Bakı. Trend:
Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə cari ilin noyabr ayında keçirilmiş test imtahanında uğur qazanmış 48 namizədlə aşkarlıq şəraitində müsahibə aparılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyri-hökumət təşkilatları nümayəndələrinin də bilavasitə iştirak etdiyi bu mərhələdə 6 nəfər müvəffəqiyyət qazanıb.
İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyaları üzrə ən yüksək bal toplamış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib.
Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:
Acalov Emil İsmixan oğlu
Əhmədov Mübariz Tahir oğlu
Məmmədov Zaur Əliş oğlu
Mirzəzadə İslam Natiq oğlu
Qurban Tamerlan Abdulqafur oğlu
Şirvanov Əlixan Fətulla oğlu
Siyahıda adları göstərilən namizədlər yanvarın 11-də saat 09:00-da Ədliyyə Akademiyasında olmalıdırlar. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158 (Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında); telefon 493-71-31
"Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.
Əlavə məlumatları nazirliyin Qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti, 72), habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.