...

Növbəti tədris ilində şagirdlərin tətil günləri açıqlandı

Cəmiyyət Materials 24 İyun 2016 10:21 (UTC +04:00)
Azərbaycanda 2016-2017-ci dərs ili üçün orta məktəb şagirdlərinin tətil günləri açıqlanıb.
Növbəti tədris ilində şagirdlərin tətil günləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2016-2017-ci dərs ili üçün orta məktəb şagirdlərinin tətil günləri açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.

Növbəti tədris ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.
İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti