...

Nazirlik partlayışla əlaqədar Şirvana tibbi briqadalar göndərdi - 6 nəfər yaralanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 İyul 2016 16:19 (UTC +04:00)
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunmuşdur.
Nazirlik partlayışla əlaqədar Şirvana tibbi briqadalar göndərdi - 6 nəfər yaralanıb  (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Şirvan rayonunda silah zavodunda baş vermiş partlayış zamanı xəsarət almış 6 nəfər Şirvan şəhər mərkəzi rayon xətəxanasına yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

X X X

Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir.

Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti