...

Qaradağda müstəqilliyin bərpasının 25-ci ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2016 18:47 (UTC +04:00)
Bu gün Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Qaradağda müstəqilliyin bərpasının 25-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, RİH başçısının müavini Təranə İsmayılova, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, şəhid Kamran Yaqubovun anası Gülbacı Yaqubova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Kainat Tədris Mərkəzinin təsisçisi İlqar Ağakişiyev, “ITECA Caspian” şirkətinin icraçı direktoru, “Gələcəyini qur!” gənclərə dəstək layihəsinin rəhbəri Bəhruz Hidayətzadə və digər qonaqlar iştirak ediblər.

Tədbir dövlət himni ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci il dönümü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından tədbir iştirakçılarını təbrik edərək xalqımızın dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamentinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirib. Lakin o zaman ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi müstəqilliyimizin böyük sual altında düşdüyünü vurğulayıb. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğu fikrini səsləndirib. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firavan günlərin təməlinin qoyulduğu söyləyib. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunlarının getdikcə möhkəmləndiyini, dövlətçiliyin taleyini müəyyənləşdirən əsas amillərin qorunub saxlandığını və inkişaf etdirilməsini qeyd edib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor H.İsaxanlı müstəqilliyimizin bərpası üçün keçdiyimiz şərəfli tarixi yol barədə ətraflı çıxış edib. Daha sonra Sovet dönəmində elmi fəaliyyitindəki çətinliklər, elm sahəsində xarici təcrübə mübadiləsinin böyük maneələr hesabına başa gəldiyi barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması elm sahəsinin müstəqil şəkildə xarici təcrübə mübadiləsində inkişafına səbəb olub.

Müəyyən olunmuş milli strategiyaya əsasən prioritet elmi istiqamətlərin müəyyələşdirilməsini və planlı şəkildə elmi-tədqiqat işlərinin aparılmasını, dünya səviyyəli elmi-tədqiqat konfranslarında alimlərimizin iştirakını müstəqillik dövrdə atılmış müsbət addım hesab etdiyini bildirib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyaya inteqrasiya edən sivil və intellektual baxımından zəngin dövlətlərdən biridir.

Sonra çıxış edən qonaqlar Azərbaycanın əsrlərlə keçdiyi tarixi yol barədə məlumat verərək ötən əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətindən də danışıblar. Xalqımızın hər zaman tarix boyu mübarizlik nümayiş etdirdiyini, azadlıq uğrunda fədakarcasına vuruşduğunu və müstəqilliyin əzmkarlıq bahasına başa gəldiyini qeyd ediblər.

Azərbaycanın Sovet İttifaqının tərkibindəki dönəmindən söz açılaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verildiyi vurğulanıb. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını alıb, Ermənistanla atəşkəsə nail olub və Azərbaycanda inkişafın təməli qoyulub. Azərbaycan ordusu yenidən təşkil edilib, nizam-intizam gücləndirilib. Mühüm siyasi və iqtisadi islahatlara başlanılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar Azərbaycanın müstəqilliyinin daimi, əbədi olmasına inam yaradır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan haqda söylədiyi sözlər və videolar nümayiş olunub. Sonda tədbir bədii hissə ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti