Bakı. Ənvər Məmmədov - Trend:
Azarkeşlərə göstərdiyi dəstəyə görə minnətdaram.
Bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışlarında iştirak edən azərbaycanlı batutçu Oleq Piunov deyib.
O deyib:
“Mən həm də məşqçi işləyirəm. Tələbələrim plakatlarla məni dəstəkləməyə gəliblər. Bu, çox xoşdur. Bundan başqa, tullanışlar edərkən bizə mane olmamağı xahiş etmişdik və məmnunuq ki, azarkeşlər bizim səsimizi eşitdilər”.
Təsnifat mərhələsindəki çıxışı barədə danışan gimnast onu orta səviyyədə qiymətləndirib:
“Finala çıxma şansları hələ ki, qalır. Çıxışım elə də yaxşı olmadı. Çıxışım zamanı bir qədər çaşdım. Amma sonra özümü toplayıb çıxışımı başa vurdum. İkinci start öncəsində isə ayaqlarım dolaşdı və yana tullandım. Amma mən elementləri başlamamışdım deyə, bu pozuntunu qeydə almadılar”.